İsveç alimləri: Diş əti problemləri xərçəngin inkişafına yol açır

İsveç alimləri: Diş əti problemləri xərçəngin inkişafına yol açır

İsveç Tibbi Tədqiqatlar İnstitutunun mütəxəssisləri müəyyən ediblər ki, diş əti problemləri orqanizmdə onkologiyanın formalaşması amilləri ilə sıx bağlıdır. Alimlər diş ətini zəifləmiş insan orqanizmində bədxassəli şişin sürətlə inkişafının əsas səbəblərindən biri adlandırıblar. "Greenrussia.ru" saytı xəbər verir ki, tədbir görülməzsə, orqanlarda bədxassəli xərçəngin sürətlə inkişafını dayandırmaq mümkün olmayacaq.

Ekspertlər diş əti xəstəliklərindən əziyyət çəkən insanlara müraciət edərək, onları dərhal regional stomatoloji kabinetlərə müraciət etməyə çağırıblar. Diş ətinin hətta azacıq ağrıması, zəifləməsi və qanaxması orqanizmdə onkologiya əlamətlərindən birinin formalaşmasının səbəbi ola bilər.

Bütün xəbərlər Facebook səhifəmizdə