Alış-veriş qadınların ən böyük hobbisi hesab olunsa da, online alış-veriş başqa həqiqətləri ortaya çıxarıb. SİA-nın xəbərinə görə, 2016-cı ilin 9 ayında 400 internet mağazasında aparılan sorğu nəticəsində məlum olub ki, kişilər qadınlardan iki dəfə daha çox kompüter vasitəsilə alış-veril edirlər.

Belə ki, qadınlar gün ərzində virtual mağazalardan saat 12.00 -13.00 arasında, kişilər isə gecə 23:00-dan 01.00-a qədər alış-veriş edirlər. Statistikaya görə, qadınlar ayda orta hesabla 1 saat 54 dəqiqələrini, kişilər isə 3 saat 32 dəqiqələrini online alverə ayırırlar.

Qadınlar online alış-verişə kişilərə nisbətən az zaman ayırsalar da, onun pulunu ödəmə müddətinə kişilərdən daha çox vaxt sərf edirlər. Xanımlar alacaqları məhsula daha həssas yanaşdıqları üçün onu səbətə atıb ödəmə edənə qədər 14 dəqiqə, kişilər isə 9 dəqiqə vaxt itirirlər.

Xanımlar ən çox cümə axşamı, kişilər isə bazar günü alış-veriş etməyə üstünlük verirlər. Elektron ticarət vasitəsilə alver edən xanımlar müxtəlif libaslarla yanaşı, texniki avadanlıqlar, zərgərlik məhsulları, kosmetika, ayaqqabı və çantaya da üstünlük verirlər. Lakin kişilər saat, geyim, eləcə də texnoloji vasitələrə qadınların alış-verişindən daha çox pul xərcləyirlər.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB