Kişi və qadınlar niyə xəyanət edir?

Kişi və qadınlar niyə xəyanət edir?

Qadın və kişilərin xəyanət səbəblərindən biri də açıqlanıb. SİA-nın xarici mətbuata istinadən verdiyi xəbərə görə, Böyük Britaniyada aparılan araşdırmalar nəticəsində məlum olub ki, valideynlərin tərbiyəsi uşaqların gələcəkdə həyat yoldaşlarına sadiq olmasına təsir edir.

Böyük Britaniyada 50 faizi kişi və 50 faizi qadın olmaq şərtilə 1000 nəfər arasında sorğu aparılıb. Sizi xəyanətə sürükləyən nədir sualına cavab verən sorğu iştirakçıları arasındakı qadınların 71 faizi vaxtilə analarının da xəyanət etdiyini etiraf edib.

Müqayisə üçün bildirək ki, sorğuda iştirak edən kişilərin yalnız 45 faizi vaxtilə atalarının zina etdiyini açıqlayıblar.

Ümumi araşdırma nəticəsində müəyyən olunub ki, qadınların 66 faizi analarının atdıqları addımı təkrar etməyə hazırdırlar.

Kişilərin əksəriyyəti isə bu addımı atmaqlarından heç də fəxr etmədiklərini söyləyiblər.

Bununla da məlum olub ki, 83 faiz kişilər, 93 faiz qadınlar xəyanətin onlar üçün qəbul edilməz və əxlaqsız olduğunu bildiriblər.

Bütün xəbərlər Facebook səhifəmizdə