ŞOK: Şokolad insan beyninə tiryək kimi təsir göstərir

ŞOK: Şokolad insan beyninə tiryək kimi təsir göstərir

Miçiqan Universitetinin alimləri belə bir qənaətə gəliblər ki, şokoladın cazibə qüvvəsinin sirri onun insan beyninə tiryək kimi təsir göstərməsindədir. Britaniyanın "Deyli teleqraf" qəzetində dərc olunmuş eksperimentin nəticəsinə görə, alimlər zamanı müəyyən ediblər ki, şokoladdan istifadə orqanizmin təbii kimyəvi enkefalin birləşməsi hasilatının artmasına səbəb olur. Bu neyropeptidlər morfinəbənzər təsirə malikdir və insanda eyforiya yaradan endorfinlər qrupuna daxildir.

Tədqiqatın rəhbəri professor Aleksandra Di Feliçiantonio deyib: "Biz müəyyən etmişik ki, şokoladın beyinə təsir mexanizmi tiryəkin və ona bənzər vasitələrin təsiri kimidir. İnsan üçün şokoladın növbəti hissəsini yemək istəyini boğmaq çox çətindir".

Amerika alimləri şirniyyatı sevənləri narkomanlar üçün hazırlanmış metodlarla müalicə etməyi məsləhət görmürlər. Amma artıq çəki təhlükəsi yaradan şirniyyata meylliliyi cilovlamaq üçün iradəli olmağa çağırırlar.

Bütün xəbərlər Facebook səhifəmizdə