Gözəllik salonlarına getməzdən əvvəl bunu mütləq oxuyun!

Gözəllik salonlarına getməzdən əvvəl bunu mütləq oxuyun!

Salonlara getməzdən əvvəl bunu mütləq oxuyun! (Bu, sizi İNSULTDAN xilas edə bilər)!

Hər bir xanım heç olmasa həyatında bir dəfə də olsa saç ustasının yanına gedir. Elə bu bir dəfə onun sağlamlığı üçün hansı risklərə gətirib çıxara bilər?

SaqlamHeyat.az xarici mətbuata istinadən bildirir ki, gözəllik salonunda saçları yuduzdurmaq üçün olan əlüzyuyandan istifadə etmək çox narahatdır.

Bu tasın boyun üçün rahat deyil, o qədər narahatdır ki, boyuna güclü yük düşür, ağrılara səbəb olur.

Gözəllik salonlarındakı bu tas insult riskini artırır!

Bu inanılmazdır, amma gərginlik və narahatedici hərəkət, boğaz nahiyəsindəki qan damarlarına ciddi zərərə səbəb ola bilər ki, bu da öz növbəsində insulta gətirib çıxarır.

İngilis alimləri bir gözəllik saloninda eksperiment aparıblar və bu saç yuma tasından istifadə edən qadınların 70 faizində bir həfdə sonra insult diaqnozu qoyublar.

İnsult nədir?

İnsult beyin qan dövranının kəskin pozulması, yəni beyni qidalandıran damarlardan birinin və ya bir neçəsinin tamlığının pozulması, daralması (spazmı) və ya tutulmasıdır.Ağır gedişli insultlardan sonra baş beyin funksiyasının yalnız qismən bərpa olunması tez-tez rast gəlinən reallıqdır.

İnsult daha çox şəkərli diabet, ürək-damar xəstəliklərində rastlanır.

Mütəxəssislərin fikrincə, beynin qan-damar xəstəliklərinin əmələ gəlməsində bir sıra amillərlə yanaşı, fiziki gərginlik və stress də başlıca rol oynayır.

Kəskin beyin qan-damar xəstəliyinə düçar olanların 25-30 faizi 1-2 sutka ərzində beyin insultundan vəfat edir.

Həkim-nevropatoloq Maya Nəbiyevanın sözlərinə görə, beynin qan-damar xəstəlikləri sinir sisteminin geniş yayılan xəstəliklərindən biridir. "Yaşlı adamlar arasında ölüm hallarının 50 faizi bu xəstəliklər nəticəsində baş verir. Kəskin beyin qan-damar xəstəliyinə düçar olanların 25-30 faizi 1-2 sutka ərzində beyin insultundan dünyasını dəyişir. Son zamanlar insanlar arasında beynin qan-damar xəstəliklərindən əziyyət çəkənlərin sayı xeyli artıb. İndi bu xəstəliklərə nəinki yaşlılar, eyni zamanda cavanlar arasında da tez-tez təsadüf edilir. Beynində qan-damar xəstəlikləri olanların bir qismi dünyasını dəyişir, əksər hissəsi isə əlil qalır. Beyində damar pozğunluğunun əmələ gəlməsində hipertoniyanın, arterial hipertoniyanın, ürək xəstəliklərinin, revmatizm nəticəsində törəyən infeksion virusların, anadangəlmə damar anomaliyalarının, psixi və fiziki gərginliyin, alkoqolizmin rolu böyükdür. Beynin qan-damar xəstəlikləri kəskin olur və tədricən şiddətlənir". Həkim deyir ki, kəskin beyin-damar xəstəlikləri iki şəkildə təzahür edir: qan dövranının keçib gedən pozğunluğu və beyin insultu: "Keçib gedən qan dövranı pozğunluğu xəstədə uzun sürməyən bəzi funksiya pozğunluqlarına səbəb olur. Lakin bu əlamətlər 24 saat ərzində heç bir iz buraxmadan keçib gedir. Bəzi hallarda isə pozulan funksiyalar bir neçə dəqiqə, yaxud bir neçə saatdan sonra tamamilə bərpa olur". Həkim deyir ki, beyin insultu kəskin beyin-qan dövranı pozğunluğu olub, müxtəlif formalarda təzahür edir. Tədricən şiddətlənən beyin qan dövranı pozğunluğu, ilk növbədə, bəzi subyektiv əlamətlərlə başlayıb, get-gedə beyində bir sıra dəyişikliklərə səbəb olur. Onurğa beyninin qan dövranı pozğunluğu da xroniki və kəskin şəkildə cərəyan edib insult formaları yaradır: "Beyin-damar xəstəliklərinin klinikası və nəticəsi onu əmələ gətirən səbəbdən, yerindən, insultun ağırlığından asılıdır. Beyin insultunun inkişafında 4 dövr ayırd edilir. Xəbərdarlıq dövrü, məhəlli əlamətlər, bərpa və qalıq əlamətləri dövrü".

Bütün xəbərlər Facebook səhifəmizdə