Suyu bu qaydada içsəniz, xərçəng, diabet və yüksək arterial təzyiqi, ürək tutmaları riskini xeyli azaldacaqsınız!
– Səhəri su ilə açın, səhər yeməyi yeməmişdən əvvəl iki stəkan qaynar su için (ağzı yandırmamaq şərtilə). İsti su mədə-bağırsaq yollarını təmizləyərək həzm sistemini qidalanmağa hazırlayır;
– Suyu yeməkdən azı 15 dəqiqə əvvəl, yeməkdən sonra isə 1,5-2 saat sonra içə bilərsiniz;
– Yeməklə su içmək məsləhət deyil, bu, həzm prosesini tamamilə pozur və kökəlməyə gətirib çıxarır;
– Suyu böyük qurtumlarla birbaşa içmək olmaz, hər on dəqiqədən bir iki-üç qurtum içmək kifayətdir. Bunun üçün yanınızda həmişə dolu su stəkanı və ya su şüşəsi saxlayın;
– Axşam saatlarında çox su içməməyə çalışın, əks təqdirdə səhər üzünüzdə, bədəninizdə ödem (şişkinliklər) olacaq;
– Su içməyə hələ öyrəşməmisinizsə, onda müxtəlif meyvə və tərəvəzlərdən dadlı sular hazırlayıb içə bilərsiniz;
– Su içməyə birbaşa 2 litrdən başlamaq olmaz, gün ərzində 3-4 stəkandan başlayıb, hər həftə bir stəkan artırmaqla, 10-12 stəkana qədər çatdırmaq lazımdır;
– Gündəlik içdiyiniz sup, meyvə şirəsi, qazlı sular, çay, kofe bu suyun gündəlik lazımi miqdarına daxil deyil;
– İlk günlərdə su içməyi unuda və ya bu sizə cansıxıcı gələ bilər, lakin vərdiş halına saldıqdan sonra bədəniniz özü su tələb edəcək.
Uzunömürlülük və sağlamlıqla fərqlənən yaponiyalılar hər gün acqarına 2 stəkan su içir.
SaqlamHeyat.az-ın xarici mətbuata istinadən araşdırmaları göstərir ki, bu adi qayda insanı bir-çox xəstəliklərdən və pozulmalardan qoruya bilər.
Səhər acqarına 2 stəkan su içməyin faydaları:
1. Gecə zamanı orqanizm susuzlaşır. Susuzlaşma insanın sağlamlığı üçün çox ziyanlıdır. Bu səbəbdən səhər tezdən su içən insan orqanizmin su balansını bərpa edir.
2. Su orqanizmi toksinlərdən və şlaklardan təmizləyir.
3. Səhər acqarına içilən su mədə-bağırsaq sistemini işə salır. Bu xüsusilə qəbizlikdən əziyyət çəkənlər üçün vacibdir. Yalnız bu sadə qaydaya əməl etdikdə, siz bağırsaqların fəaliyyətini tənzimləyə bilərsiniz.
4. Acqarına içilən su mübadilə prosesləri sürətləndirir, arıqlamağa kömək edir.
5. Dərinin vəziyyətini yaxşılaşdırır, dərini daha sağlam və cavan edir.
Qaynanmış sudan istifadə etməyin, butulkalarda satılan keyfiyyətli təmiz su için. Suyun temperaturu təxminən 25-35 C olmalıdır. Çox isti və ya çox soyuq su içmək olmaz.
Səhər oyanan kimi 1 stəkan su için, sonra 5-10 dəqiqə gözləyin və yenə 1 stəkan su için. 40 dəqiqədən sonra yemək yeyə bilərsiniz.
Sudan düzgün istifadə, səhhətinizdə aşağıdakı problemlərdən yaxa qurtarmağa kömək edəcək.
Bədənin ağrıları
Baş ağrıları
Ürək-damar xəstəlikləri
Epilepsiya
Artrit
Təngnəfəslik
Bronxit
Böyrək xəstəlikləri
Meningit
Qusma
İshal
Qastrit
Diabet
Göz xəstəlikləri
Qıfıl
Menstrual tsiklin pozulması
Qulaq, boğaz, burun problemlər
Qan təzyiqi problemləri
Diabet
Xərçəng xəstəlikləri
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB