Rusiyadakı bir radio teleskopu vasitəsilə, 95 işıq ili uzaqdan gələn güclü siqnal əldə ediblər. SİA-nın xarici mətbuata istinadən verdiyi məlumata görə, Kanadanın Laval Universitetində işləyən mütəxəssislərin apardıqları araşdırmalar nəticəsində kosmosdan gələn 234 siqnal qeyd edilib. Siqnalların başqa planetdən olan varlıqlar tərəfindən gəldiyini iddia edən astronavtlar Ermanno Borra və Erik Trottier bu varlıqların dünya ilə əlaqə qurmağa çalışdıqlarını deyiblər. Borra, yeni siqnalların daha əvvəl də kosmosdan gələn siqnallarla eyni olduğunu bildirib.
Qeyd edək ki, mütəxəssislər siqnalın hansı məna daşıdığını və tam olaraq haradan gəldiyini söyləməyin erkən olduğunu bildiriblər.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB