Amerika alimləri: Günəbaxan tumu xərçəngdən qoruyur

Amerika alimləri: Günəbaxan tumu xərçəngdən qoruyur

Amerikanın İllinoys Universitetinin alimlərinin araşdırmalarına görə, günəbaxan tumu süd vəzi, yumurtalıq, bağırsaq, dəri və ağ ciyərdə bəd xassəli şişlərin inkişafına mane ola bilir. Tumlardakı folic turshusu, yaş turşusu və vitamin B6 şişlərin qarşısını alır. Günəbaxan tumları həmçinin dəridəki sızanaqları da aradan götürür. Günəbaxan Kolumb Amerikanı kəşf etdikdən sonra Avropaya bəzək bitkisi kimi gətirilib. Günəbaxan tumunun bioloji dəyəri et və yumurtadan yüksəkdir. Günəbaxan tumunda olan çoxlu miqdarda amin turşuları orqanizmdə maddələr mübadiləsini tənzimləyir, xolesterinin səviyyəsini normada saxlamağa yardım edir, aterosklerozun və miokard infarktının qarşısını alır. Günəbaxan tumunda ürəyin və beynin normal işləməsi uçun vacib olan fosfor, maqnezium və kalium var. E vitamini güclü antioksidantdır, xərçəng əleyhinə fəaliyyət göstərir, orqanizmi aterosklerozdan və müxtəlif cür şüalardan qoruyur. E vitamini olan gündəlik tələbatı ödəmək uçun 50 qr günəbaxan tumu yemək kifayətdir. Günəbaxan tumunda bol olan D vitaminini isə sümüklərin inkişafı və möhkəmlənməsinə xidmət etdiyinə görə uşaqlar və yeniyetmələr üçün əvəz olunmazdır. A vitamini gözləri, saç və dırnaqları qoruyur və gözəlləşdirir.

Bütün xəbərlər Facebook səhifəmizdə