Heyva Bronxit və vərəmə qarşı yararlıdır

Heyva Bronxit və vərəmə qarşı yararlıdır

Heyva sarı rəngli, iri, içərisində xırda tumları olan, üstü tükcüklü bərk meyvədir. Bu meyvə xüsusilə A və B vitamini ilə zəngindir. Payızda dəyən meyvələrdən olan heyva mədə və bağırsağın işini gücləndirir. Amma çox istifadə qəbzliyə səbəb ola bilər.

Heyva qanı təmizləyir, ürək döyüntülərini qaydaya salır. Bronxit və vərəm kimi ağciyər xəstəliklərində öskürəyə qarşı yararlıdır. İnkişaf edən uşaqların sümüklərinin möhkəmlənməsinə kömək edir. Heyva hər yaşda olan insanların sinir sistemini gücləndirir, mədə-bağırsağı zərərli mikroblardan təmizləyir. Dəriyə və dırnaqlara parlaqlıq gətirir. A və B vitaminləri ilə zəngindir.

Bütün xəbərlər Facebook səhifəmizdə