ŞOK iddia: 500 il yaşamaq mümkündür

ŞOK iddia: 500 il yaşamaq mümkündür

ABŞ-ın Kaliforniya ştatındakı Buk Yaşlılıq Araşdırmalar Universitetinin professorları genlərini dəyişdirdikləri Ceonorhabditielegans cinsli qurdların ömürlərini 5 dəfə artırmağı bacarıblar. Alimlər qurdların genlərinə edilən dəyişiklikləri insanlar üzərində tətbiq edərək onların da ömrünü 5 dəfə uzadacaqlarını düşünürlər. Araşdırmanı aparan professor Pankaj Kapahi yaşlanma faktorunun yalnız genlərlə deyil, genlər arası əlaqədən asılı olduğunu deyib. Kapahi qurdların genlərini dəyişdirərək ömürlərinin uzadılmasının insanlara tətbiq edilməsini yeni dövrün başlanması kimi dəyərləndirir.

Məlumat üçün bildirək ki, şotlandiyalı alimlər də çox ucuz və zərərsiz bir təzyiq dərmanı ilə artrit xəstələrinin ağrılarını azalda biləcəklər. Mütəxəssislər dərmanı yaşı 70-dən çox olan 86 artrit xəstəsi üzərində təcrübədən keçirəcəklər.

Bütün xəbərlər Facebook səhifəmizdə