Məşhur modelin evinə hücum edilib FOTO

Məşhur modelin evinə hücum edilib FOTO

ABŞ-ın Malibu şəhərində yaşayan avstraliyalı model Miranda Kerrin 5 yaşlı oğlu ilə yaşadığı evinə bıçaqlı hücum olub. SİA-nın xarici mətbuata istinadən verdiyi məlumata görə, ötən gün baş verən hadisədə evin hasarına dırmaşan təcavüzkar hücum edərkən təhlükəsizlik işçisini gözündən bıçaqla yaralayıb. Mübahisə zamanı təhlükəsizlik işçisi cinayətkarı silahla başından və bədəninin müxtəlif yerlərindən yaralayıb.

Sakit bir məhəllədə oğlunu böyütmək üçün hər kəsdən gizli saxladığı evində baş verən hadisə zamanı modelin və oğlunun evdə olmadığı deyilir.

Qeyd edək ki, 33 yaşında olan model, evini ingilis aktyoru Orlando Bloomdan boşandıqdan sonra 2.15 milyon dollara satın alıb.

Bütün xəbərlər Facebook səhifəmizdə