Məşhur alış-veriş saytlarından biri olan "Ebay" sosial şəbəkəsində 40 günlük qız uşağı 5 min avroya satışa çıxarılıb. SİA-nın xarici mətbuata istinadən məlumatına görə, Almaniyanın Duisburq şəhərindən olduğu deyilən Maria adlı körpənin saytda gedən reklamı görənləri dəhşətə gətirib. Sosial şəbəkədə yer alan reklamı izləyənlər dərhal polisə şikayət ediblər.
Saytın rəhbəri şikayət əsnasında reklamı saytdan çıxarsa da, polis xəbərin çirkin zarafat, yoxsa həqiqət olması barədə araşdırma aparır.


Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB