Gülüş ömrü uzadır deyirlər. SİA-nın xarici mətbuata istinadən verdiyi xəbərə görə, bunu mütəxəssislərin apardığı araşdırmalar da sübut edir.
Yumor hissi - dünya ziddiyyətlərinin komik qiymətləndirilməsi imkanı yaradır. Xalqın hikmətinə görə, yumor hissi insanı yaşamağa həvəsləndirir. Aparılan müxtəlif araşdırmalara görə, gülüş ürək xəstəlikləri riskini azaldır, psixoloji gərginliyi aradan götürür, qan dövranını normallaşdırır.
amerikalı psixoloq Lyus Termenin bununla bağlı tədqiqatları 1922-ci ildə başlayıb və 1986-cı ildə başa çatıb. O bu illər ərzində 1528 kaliforniyalı uşağın həyat yolunu nəzarətdə saxlayıb. 1990-cı ildə bütün təhlillər şən, əhval-ruhiyyəli insanların daha uzunömürlü olduğunu üzə çıxarıb. Bundan əlavə aparılan daha iki araşdırma da bunu sübuta yetirib.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB