10 aylıq körpəyə təcavüz edildi

10 aylıq körpəyə təcavüz edildi

ABŞ-ın Virciniya ştatında 10 aylıq körpə anasının kişi dostu tərəfindən təcavüzə məruz qalıb. SİA-nın xarici mətbuata istinadən məlumatına görə, polis verdiyi açıqlamada bildirib ki, 32 yaşlı ABŞ vətəndaşı Benjamin Teylor tərəfindən təcavüzə uğrayan körpə ailənin yaşadığı mənzilin zirzəmisində huşsuz vəziyyətdə tapılıb. Xəstəxanaya çatdırılan körpəyə edilən müdaxilələrə baxmayaraq onun həyatını xilas etmək mümkün olmayıb.

Ailə üzvlərinin ifadəsinə görə, uşaq xəstəxanaya çatdırılmamış artıq beyin ölümü keçirib.

Qeyd edək ki, B.Teylor birinci dərəcəli cinsi istismar cinayəti ilə mühakimə olunacaq. Belə olan halda, əgər cinayəti törədən şəxs 2 milyon dollar girov pulunu ödəyərsə zaminə buraxılacağı bildirilib.

M.Versace

Bütün xəbərlər Facebook səhifəmizdə