Çində Qızıl qiymətinə satılan çay...

Çində Qızıl qiymətinə satılan çay...

Çinin mərkəzində yerləşən Xunan əyalətində 410 il yaşı olan çay kolundan növbəti ilin məhsulunu yığmaq hüququ 600 min yuana (83 min dollar) satılıb. 4,5 metr hündürlüyündə olan kol Baotszin bələdiyyəsində, mənası Çin dilində qızıl mənasını verən Xuantszin kəndində yetişdirilir. Ümumilikdə burada Min sülaləsi (1368-1644) dövründən günümüzə qədər gəlib çatan 2 min çay kolu mövcuddur.

Qoca çay kolu Xunan əyalətinin qeyri-maddi irs siyahısına salınan yeganə canlı bitkidir. Onun yarpaqları yalnız ildə bir dəfə, aprel ayında yığılır. Ümumilikdə koldan təxminən yarım kiloqram "qızıl çay" yığmaq mümkün olur.

Bütün xəbərlər Facebook səhifəmizdə