Ürək xəstəliyindən əziyyət çəkənlərə vacib olan bir qidanı tövsiyə edirlər. Bu qida balıqdır. Balığın çox vacib bir qida olmasının səbəbi onun özündə həm insan bədəni üçün zəruri olan maddələri ehtiva etməsi, həm də bədəni müxtəlif xəstəlik risklərindən mümkün qədər uzaqlaşdıracaq xüsusiyyətə malik olmasıdır. Məsələn, məlum olub ki, balıq ətinin tərkibindəki omeqa-3 turşusu bədənin sağlamlığı üçün sanki bir qalxan vəzifəsini yerinə yetirir. O da bəlli olub ki, davamlı olaraq balıq yeyəndə ürək xəstəlikləri riski azalır və immunitet sistemi güclənir. Elmi yolla təzəcə sübut edilən balığın faydaları və onun zəruri bir qida mənbəyi olması təxminən 1400 il əvvəl göndərilən Quranda da bildirilir.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB