Beynimiz haqqında 13 maraqlı fakt...

Beynimiz haqqında 13 maraqlı fakt...

- İnsan beyninin ağırlığı təxminən 1.5 kiloqramdır.

- Bir insanın beynindən gündə ortalama 70 min düşüncə keçir.

- Lazım olan enerjini təmin etmək üçün beyinə dəqiqədə 3 kola qutusu qədər qan gəlir.

- Bir çox orqan yetkinlik dövrü bitdiyində son halını alır. Ancaq beynimiz, 40 yaşına gələnə qədər inkişafa davam edir.

- İnsan beynində ağrı hissi təmin edən alıcılar yoxdur. Bu səbəblə də beyin əməliyyatları xəstə oyaq ola-ola da edilə bilər.

- Bədənimizdəki bütün orqanlar kimi beyin də bəslənmədən təsirlənir.

- Beynimiz bədənimizdəki ən yağlı orqandır. Yüzdə altmışı yağdan meydana gəlir.

- Elm hələ də yuxunu necə gördüyümüzü tam açıqlaya bilmir. Nəzəriyyələr arasında ən məşhuru budur ki, beyin oyanıq ikən əldə etdiyi məlumatları bir yerə yığır.

- İnsan ən çox beyin hüceyrəsinə 2 yaşında ikən sahib olur. Daim yenilənmə getsə də heç vaxt bu rəqəmi tuta bilmirik.

- Keçmiş dövrlərdə beynin əhəmiyyətsiz bir orqan olduğu düşünülürdü. Mədə və ürəyə çox daha əhəmiyyət verilirdi. Hətta qədim Misirdə insanlar mumiyalayarkən beyinləri burunlarından çəkilərək çıxardılırdı.

- Qadınlar hamilə ikən beyinləri büzülərək bir miqdar kiçilir. Körpə doğulduqdan altı ay sonra beyin yenə köhnə böyüklüyünə qovuşur.

- İnsanın daha ağıllı olması ilə beyin böyüklüyü arasında bir əlaqə olmadığı tam sübut olunub.

- Araşdırmalara görə beyin, bütün həyatımız boyunca 1 kvadrilyon məlumat yığır.

Bütün xəbərlər Facebook səhifəmizdə