Cadudan, şeytanın vəsvəsəsindən qorunmaq üçün Allaha sığınmaq, Allaha sığınmaq üçün də Ona itaəti çoxaltmaq lazımdır. SİA cadudan qorunmağın yollarını təqdim edir:
- Namaz qılmaq, həmçinin Allahın buyurduğu bütün vacib əməlləri yerinə yetirmək (Ramazan orucu kimi).
- Günahları tərk edərək onlardan tövbə etmək.
- Qurani-kərim oxumaq, həmçinin gün ərzində evdə səslənməsinə qulaq asmaq. Peyğəmbər (sallallahu aleyhi və səlləm) demişdir: "Həqiqətən, şeytan Bəqərə surəsi oxunan evdən qaçar" (Muslim). Bu zaman heç bir vəsvəsə, qorxu və s. şeylərə fikir verməyərək bunu dayandırmamaq.
- Çoxlu zikr etmək. Uca Allah buyurur. "Əgər sənə şeytandan bir vəsvəsə gəlsə, Allaha sığın. Çünki O, Eşidəndir, Biləndir". (Fussilət, 36). Buraya "əuzu billəhi minəş-şeytani racim" demək, səhər və axşam zikrləri, yeməkdən əvvəl və sonra, evdən çıxarkən və evə girərkən edilən zikrlər, namazlardan sonra Ayətul-kursi, İxlas, Fələq, Nas surələri oxumaq, yatmazdan əvvəl edilən və digər zikrlər daxildir.
- Yuxuda şeytanın vəsvəsəsindən qorunmaq üçün yatmazdan qabaq zikrlər etmək. Peyğəmbər demişdir: "kim Ayətul-Kursini yerinə uzananda oxusa, Allahın göndərdiyi mühafizəçi səhərədək onu qoruyar və şeytan səhərədək ona yaxınlaşmaz".
- Dini öyrənməyə vaxt ayırmaq. İlk növbədə Quranın mənaca tərcüməsini, səhih hədislər və onlara əsaslanan kitabları oxumaq.
Cadudan qorunmaq üçün falçı yanına getmək böyük günahdır! Peyğəmbər (Allahın ona və ailəsinə salavatı və salamı olsun) demişdir: "Kim kahinin yanına gedər və onun söylədiyini təsdiq edərsə Muhəmmədə nazil olana küfr etmişdir". (Tirmizi).
Cadudan xilas olmaq üçün cadunun yerini tapmaq vacib deyil. Cadu tapılıbsa, suya İxlas, Fələq, Nas, Ayətul-kursi və digər Quran ayələrini oxuyaraq cadunu ora atmaq, quruduqdan sonra isə yandırmaq lazımdır.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB