Paloniyanın şimal-şərqindəki Zlosenets şəhərindən faşistlərə məxsus, içərisində məktub və dövrə aid əşyaların yer aldığı zaman kapsulu tapılıb. Axar.az xəbər verir ki, tapılan zaman kapsulu 1934-cü ilə məxsusdur və II Dünya Müharibəsinin sonuna qədər Almaniyada qalıb. Zlosenets bələdiyyəsinin səlahiyyətlisi Sebastian Kuropatnitski kapsulun voyevodanın ən böyük şəhəri olan Şetsindəki Beynəlxalq Muzeyə qoyulduğunu deyib.
O, kapsulun içində olanlar barədə də məlumat verib: "Kapsulda Nasional Sosialist Alman Fəhlə Partiyası heyətinin təlimi üçün Berlində tikiləcək məktəbə daha yaxşı bir yer tapılmasından bəhs edən məktub tapılıb. Məktub qələmlə qotik yazı üslubunda yazılıb".
Qeyd edək ki, məktubu bank işçisi yazıb. O, məktubda qeyd edir: "Göl kənarındakı torpaq sahibi banka borcludur. Buna görə də, məktəb üçün oradan bir yer alınsın. Bu isə xoşumuza gəlsə də, gəlməsə də, tariximizin bir parçasıdır". Kuropatnitski kapsuldan qəpik, şəhər şəkilləri və almanca qəzetlərin də tapıldığını bildirib.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB