Diqqət: Hər gün emal edilmiş ət yeyən insanlarda xərçəng riski yüksəkdir

Diqqət: Hər gün emal edilmiş ət yeyən insanlarda xərçəng riski yüksəkdir

Həftədə beş porsiyadan artıq emal edilmiş ət (kolbasa, sosis, ət konservləri və s.) yeyən xüsusi genə malik insanlarda kolorektal xərçəng (düz bağırsağı xərçəngi) riski iki dəfə artıq olur.

Kolorektal xərçəng dünya boyu ən çox yayılmış və ən çox ölümə səbəb olan xərçəng növüdür.

Alimlər kolorektal xərçəngə tutulmuş 9 min insanın qanı ilə xəstə olmayan 9 min insanın qanlarındakı eyni genomu müqayisə edib. Kolorektalı xərçəng 30 gen növünün birləşməsi ilə yaranan mürəkkəb bir xəstəlikdir. Tədqiqatların nəticələri bu genlərin iki variantına malik olan və hər gün emal edilmiş ət yeyən insanlarda kolorektal xərçəng riskinin yüksək olduğunu göstərib.

Bütün xəbərlər Facebook səhifəmizdə