Portağal şirəsi haqda şok məlumat!

Portağal şirəsi haqda şok məlumat!

Portağal (apelsin) şirəsi heç də koladan az ziyanlı deyil, belə ki, onun tərkibindəki həddən artıq şəkər var – təxminən qazlı sudakı qədər. MedicInform.Net-in məlumatına görə, bunu İngiltərənin köklük problemləri üzrə hökumət məsləhətçisi deyib.

Professor Süzan Cebbin sözlərinə görə, o, portağal şirəsindən imtina edir və digər ölkələri də buna çağırır. Mütəxəssisin fikrincə, yüksək miqdarda şəkər köklük, diabet və ürək-damar patologiyaları kimi ağır xəstəliklər yaradır. Alim o qənaətə gəlib ki, şirə tez mənimsənilir və o, mədəyə daxil olanda orqanizmə tam aydın olmur – bu, şirədir, yoxsa nəsə başqa şey. Odur ki, mütəxəssislər portağal şirəsindən ya tam imtina eləməyi, ya da onu azaltmağı və başqa təzə meyvələrlə əvəzləməyi məsləhət görürlər.

Süzan Ceb deyir ki, hər halda ürək istəyirsə şirəni heç olmasa durulaşdırıb içmək lazımdır. Eyni zamanda ondan hər gün istifadə məsləhət görülmür. Professor onu da xatırladıb ki, səhiyyə sahəsi üzrə ekspertlər şəkərin orqanizmə tütün və alkoqoldan heç də az ziyan vurmadığı qənaətinə gəliblər.

Bütün xəbərlər Facebook səhifəmizdə