Argentinada çəkisi 30,8 ton olan meteorit tapılıb

Argentinada çəkisi 30,8 ton olan meteorit tapılıb

Argentina tədqiqatçıları Çako əyalətinin cənub-qərbində meteorit tapıblar. Tapılmış meteoritin çəkisi 30,8 ton təşkil edir. Alimlərin fikrincə, bu kosmik obyekt indiyədək Yerə düşmüş ən iri meteoritlərdən biri sayıla bilər.

Hazırda ən ağır meteorit 1920-ci ildə Afrikanın cənub-qərbində tapılmış "Qoba" sayılır. Bu göy cisminin çəkisi 60 ton təşkil edir.

Bütün xəbərlər Facebook səhifəmizdə