Yerin altından qorxunc səs gəldi

Türkiyədə maraqlı hadisə yaşanıb. SİA-nın məlumatına görə, Boluda yerləşən toyuq fabrikinin fotoseptik çuxurundan ölü toyuqları yemek üçün oraya enən ayı geri çıxa bilməyib. Xilas olmağa çalışan heyvan kükrəyərək insanları qorxuya salıb.

Vahiməyə düşən fabrik işçiləri xilasetmə idarəsinə məlumat veriblər. Düşdüyü çuxurda əsir qalan ayı 2 saata xilas edilib.

Qorxuya düşən heyvan çıxar-çıxmaz yaxınlıqdakı meşədə gözdən itib.

Bütün xəbərlər Facebook səhifəmizdə