Saçların ağarması: qadınlar və kişilərdə

Saçların ağarması: qadınlar və kişilərdə

"The Daily Telegraph" qəzetində gözəllik eksperti Katy Young qadınlarda saç ağarması ilə bağlı son elmi araşdırmaların nəticələrindən bəhs edir. Crown Clinic laboratoriyasında aparılmış tədqiqatların hesabatında deyilir ki, ağ saçlar qadınları kişilərdən iki dəfə yaşlı göstərir. Bu fenomenin araşdırlılması məqsədilə laboratoriyaya cəlb olunmuş 1000 könüllü üzərində təcrübə aparılıb. Məqalədə deyilir ki, qadınlarda ağ saçlar əsasən 34 yaşından çıxmağa başlayır. Kişilərdə bu proses bir il tez, yəni 33 yaşında müşahidə olunur.

Crown Clinic laboratoriyasının saç transpantasiyası cərrahı doktor Asim Şahmələk deyir ki, saçların ağarması əsas etibarilə genetik prosesdir. "Əgər sizin valideynlərinizin saçları erkən ağarıbsa, deməli sizdə də eyni prosesin getməsi şansı yüksəkdir" – deyir doktor. Onun fikrincə, saçların ağarmasında irsiyyət ətraf mühitdən də böyük rol oynayır.

Kişilər ağ saçlardan yox, dazlıqdan qorxurlar

Araşdırmaların nəticələrini əks etdirən hesabatda deyilir ki, saçları büsbütün ağarmış qadın hansı yaşda olmasından asılı olmayaraq 6 il daha yaşlı görünür. Kişilərdə saçların hamısının ağarması onun yaşını yalnız üç il artırır. "The Telegraph"ın məqalədində deyilir ki, qadınların saçlarını erkən boyamalarına və kişilərin bu faktora az qala fikir verməməsinə də başlıca səbəb budur. Doktor Şahmələk deyir ki, 40 yaşınadək bütün insanların 60 faizində ağ saçların yaranması mütləq baş verir. Rəy sorğusu göstərib ki, hər üç kişidən yalnız biri saçlarının ağarmasından narahat olur.

Əvəzində kişilərin 71 faizi dazlaşmaqdan qorxur (BBC).

Bütün xəbərlər Facebook səhifəmizdə