Mövsüm dəyişikliyi ilə əlaqədar olaraq, xəstəliklərin sayının artmasını nəzərə alan mütəxəsislər immun sisteminin gücləndirilməsi üçün gündə bir ədəd yumurta yeməyi məsləhət görürlər.
Protein mənbəyi olan yumurta insan sağlamlığı üçün olduqca önəmlidir və normal insanın gündə 1 ədəd yumurta yeməsində fayda var. Bişirilməsi çox asan, qida dəyəri isə yüksək ərzaqlardan olan yumurta insanın gündəlik protein ehtiyacını qarşılamaqla yanaşı, halsızlıqdan xilas olmaq, enerjili bir gün keçirmək üçün də əvəzsiz vasitədir.
Qəfil mövsüm dəyişiklikləri insan səhhətini xəstəliklər qarşısında zəiflədir, enerjini azaldır, halsızlıq və depressiyaya səbəb olur. Gündə bir ədəd yumurta yemək bütün bu mənfi təsirlərin öhdəsindən gəlmək üçün yetərlidir. Yumurtanın tərkibindəki selenium, dəmir kimi elementlər insanda xoşbəxtlik hissi yaradır. Yumurtanın tərkibindəki protein o qədər faydalıdır ki, onu körpəlikdən qocalana qədər hər dövrdə qəbul eləmək mümkündür.
Bu məhsulun tərkibindəki A və D vitaminləri, dəmir, selenium, sink, kolin kimi elementlər immunitet sistemini gücləndirir, sümüklərin inkişafına, qanda oksigenin daşınmasına, beyin funksiyalarının yerinə yetirilməsinə yardım edir. Dietoloqların sözlərinə görə, yay aylarında çəkisinə və qidalanmasına diqqət edənlər yumurtanı fərqli şəkildə qəbul edə bilərlər. Məsələn, yumurtanı 10 dəqiqə qaynadıb, sonra 4 dəqiqə bişirmək olar.
Sadəcə qaynadıb, yemək kökəlməyə səbəb olduğundan, onu daha çox pomidor, göyərti və sair tərəvəzlərlə birgə bişirərək, kükü şəklində yemək olar.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB