Mütəxxəssislər uşaqların xeyri üçün nəzərdə tutulan qundaq adətinin yanlış olduğunu bildiriblər. Araşdırmada qundaqlanan körpələrin ayaqlarının bir araya gətirilərək dik bir şəkildə qalmasının onlar üçün zərərli olduğu ortaya çıxıb. Qeyd edilir ki, bələnən uşaqlarda omba sümüklərinin inkişafında geriləmə müşahidə olunur.
Amerikalı mütəxəssislər bu cür uşaqlarda ölüm riskinin çox olduğunu həyəcanla qeyd ediblər. Təcrübəyə əsasən, bu cür uşaqlarda bədən istiliyinin hədsiz dərəcədə yüksək olması onların yuxu zamanı ölümlərinə səbəb ola bilər.
Amerikalı mütəxəssislər bələnmənin zərərli olduğunu bildirsələr də, yerli mütəxəssislərin fikrincə, vaxtından əvvəl dünyaya gələn körpələrin bələnməsi faydalıdır. Bu zaman onlarda əzələ və sinir sistemi daha yaxşı inkişaf edir.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB