Həkimlər xəstəliklə mübarizə aparmaq üçün saat 23:00 ilə 02:00 arasında yatmağı vacib sayır. Qrip virusunun ətrafı bürüdüyü bu günlərdə mütəxəssislərdən tez-tez sağlam qidalanma və gigiyena qaydalarına diqqət yetirilməsi lazım olduğu barədə fikirlər eşidirik. Qriplə mübarizədə sağlam qidalanma və gigiyena qədər "sağlam bir yuxu" da son dərəcə əhəmiyyətli rol oynayır.
Ciddi və yorucu iş tempinə bir də yuxusuzluq və qrip epidemiyası əlavə olununca, bədən taqətdən düşür. Keyfiyyətli və sağlam bir yuxu xəstəliklərlə mübarizədə əhəmiyyətli rol oynayır. Yuxu əsnasında xüsusilə də qaranlıqda ifraz olunan melatonin hormonu bədənə çox fayda verir. Melatonin ifraz olunan saatları qaçırmamaq lazımdır. Melatonin hormonu xüsusilə gecə 11-dən sonra ifraz olunmağa başlayır və gecə 2-yə qədər davam edir. Səhərə doğru isə yavaş-yavaş azalır. Ona görə xüsusilə bu saatlardakı yuxunu qaçırmaq olmaz.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB