Yaponiyada kişilər solaxay arvadı boşayırlar

Yaponiyada kişilər solaxay arvadı boşayırlar

Dünyada Solaxaylarla bağlı maraqlı faktlar və hadisələr baş verir. Statistik məlumatlara görə, dünyada 500 milyon solaxay yaşayır. Bu hala tək insanlar arasında deyil, heyvanlar aləmində də rast gəlmək olar. Məsələn, qütb ayılarının hamısı solpəncəli doğulur. Solaxaylar tarixən xoşagəlməzliklərlə üzləşiblər. Orta əsrlərdə solaxaylıq iblis əməli hesab edilirdi. Xaçpərəstlər onları şər qüvvələrlə bağlayırdılar. Bir çox Şərq və Qərb nağıllarında "sağla getsən xoşbəxtlik, solla getsən bədbəxtliklə üzləşəcəksən" ifadəsinə rast gəlirik. Elə müasir dövrümüzdə də solaxaylar üçün bütün qapılar açıq deyil. Məsələn, Yaponiyada ər arvadının solaxay olduğunu bilərsə, onu boşaya bilər. Alimlər indiyədək solaxaylığın yaranma səbəbləri ilə bağlı ümumi bir fikrə gələ bilməyiblər. Ən geniş yayılmış mülahizə beynin sağ və sol yarımkürələri arasındakı funksiyanın bölüşdürülməsidir. 1921-ci ildə psixologiya ilə bağlı nəşrlərin birində solaxaylar kəmağıllar kimi göstərilir.

Bütün xəbərlər Facebook səhifəmizdə