Səhər yeməyi qrip və soyuqdəymənin qənimidir...

Səhər yeməyi qrip və soyuqdəymənin qənimidir...

Mütəxəssislər səhər yeməyinin insan orqanizmi üçün olduqca əhəmiyyətli olduğunu bildiriblər. Qrip və soyuqdəymə kimi qış xəstəlikləri ilə mübarizə aparmaq üçün səhər yeməyi ən güclü vasitədir. Həkimlərin sözlərinə görə, belə xəstəliklərlə mübarizə aparmaq üçün immuniteti gücləndirmək lazımdır. Səhər yeməyində bir az dəyişikliklər edərək xəstəliklərə tutulma riskini azaltmaq mümkündür. Meyvə, qatıq və yumurta kimi qidalar orqanizmin immunitetini gücləndirən ən önəmli qidalardır. Soyuqdəymənin qarşısını almaq və sağlam qalmaq üçün "C" vitaminindən istifadə etmək lazımdır. Portağal, qreyfrut və mandarin "C" vitamini ilə olduqca zəngindir. Çiyələk və kivi də orqanizmin immunitetini gücləndirən meyvələr sırasındadır.

Bütün xəbərlər Facebook səhifəmizdə