Şam işığında yemək yemək yalnız romantizmlə bağlı deyil. Belə şəraitdə yemək ürəyi də qoruyur. İsveçin Lund Universitetinin professorlarının sözlərinə görə, şamdan çıxan duman ürəyin ritmini normaya salır. Araşdırma zamanı professor Kristina İsaxon və qrupu iki ayrı otaqda cütlüklərə yemək yeməyi təklif edib. Otaqlardan birinə şamlar düzülüb, digərinə isə şamlar qoyulmayıb. Təcrübə bitdikdən sonra məlum olub ki, şamlar olan otaqda yemək yeyən cütlüklərin ürək ritmləri daha normalıdır. İsaxonun sözlərinə görə, şamın tərkibində olan maddələr ürəyə yaxşı təsir edir. Həmin maddələr insanın əsəblərini sakitləşdirir, həm də ürək döyüntülərinin miqdarını azaldır.
Araşdırma zamanı asma xəstəliyi riskini artıran parafin şamlarından deyil, Skandinaviyada istehsal edilən, saf stearin maddəsindən hazırlanmış şamlardan istifadə edilib.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB