Siqaret tüstüsü yaddaşsızlıq yaradır?

Siqaret tüstüsü yaddaşsızlıq yaradır?

Siqaret çəkməyin insan orqanizminə nə qədər dəhşətli ziyanlar vurduğu, artıq getdikcə gün üzünə çıxmağa başlayır. İnsanların əksəriyyəti passiv siqaretçəkmənin təhlükəsini lazımınca qiymətləndirə bilmir. Lakin mütəxəssislər bu yaxınlarda onun insanın perspektiv yaddaşına mənfi təsir etdiyini aşkara çıxarıblar. Britaniyanın Nortumbriya Universitetinin əməkdaşlarının sözlərinə görə, passiv siqaret çəkənlər orta hesabla 4,5 il ərzində həftədə 25 saat tüstünün təsirinə məruz qalıblar. Ən yüksək perspektiv yaddaş göstəricisi ümumiyyətlə tüstü ilə təmasda olmayan üçüncü qrupun iştirakçılarında qeydə alınıb. Lakin aktiv və passiv siqaret çəkənlərdə o müvafiq olaraq 30 faiz və 20 faiz azalıb. Alimlərin gəldikləri qənaətə görə, tütün tüstüsü ilə təmas insana onun gündəlik həyatında lazım olan koqnitiv (ingiliscə cognition-bilik deməkdir) funksiyalarına mənfi təsir göstərə bilər.

Bütün xəbərlər Facebook səhifəmizdə