ABŞ-ın Ohayo Universitetinin alimləri müəyyən ediblər ki, yaşlı insanlarda bir qədər artıq çəki ömrün uzanmasına kömək edir. Mütəxəssislər 18 il ərzində yaşı 18-dən yuxarı 10 min könüllünün səhhətini öyrəniblər. Analiz göstərib ki, yaşı 50-dən yuxarı, iki kiloqram artıq çəkili insanlar ideal çəkili digər yaşıdlarından orta hesabla 15 il artıq yaşaya bilərlər.
Alimlərin fikrincə, ömrün uzanmasının səbəbi stabil çəkidədir. Əgər adam artıq çəki yığırsa və ya əksinə atırsa, bu, orqanizm üçün stress yaradır. Bu da ahıl yaşda daha çox hiss olunur. Stabil çəkili və ya bir az artıq çəkili adamlarda isə belə stress müşahidə olunmur. Amma əvvəllər alimlər bildirirdilər ki, 26 və ya 36 yaşında olan artıq çəkili insanlar qocalanda xroniki böyrək xəstəliyinə düçar ola bilərlər.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB