Siqareti atan insanların kökəlmə problemi daima cəmiyyəti narahat edən mövzu olaraq qalmaqdadır. Bəs bunun həm elmi, həm də tibbi səbəbləri nədir?. Avstriyanın "Der Standard" qəzeti isveçrə alimlərinin siqareti atan insanların kökəlmə səbəbləri ilə bağlı apardıqları elmi araşdırmasının nəticələrini dərc edib. Redaksiya məqaləsində siqaretlə vidalaşanların 80 faizinin ortalama 7 kq (2.2 faiz) kökəldiyi qeyd edilir. Sən demə, çəki artımı hətta qidalanmanı (kalorini) tütün asılılığı dövrü ilə müqayisədə azaltdıqda da baş verir.
Alimlərin fikrincə, artım bağırsağın bakterial mühitindəki dəyişikliklərlə bağlıdır. Bəlli olub ki, təzəcə siqaretlə vidalaşan insanların bağırsağında kök insanların bağırsaq florasında dominantlıq edən bağırsaq ştamlarının miqdarı artır. "Görünür, yeni bakterioloji flora qidanın tərkibindəki enerjinin daha effektli sərfini təmin edir", - deyə alimlər qənaətə gəliblər.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB