Qəhvə və onun zərərləri barədə tez-tez müxtəlif fikirlər söylənsə də, alimlər onun saysız faydalarını da üzə çıxarıb. Türkiyənin "Sabah" qəzetinin araşdırmasına görə, sistemli olaraq kofe içmək həm psixoloji, həm də fiziki baxımdan insan bədəninə müsbət təsir edir. Harvard Universiteti alimləri sübut edib ki, kofe içən qadınlar içməyən həmcinsləri ilə müqayisədə daha az depressivdir. Kofein eyni zamanda dünən axşamdan içkinin təsirində olan şəxsləri də ayılda bilir. Kofenin tərkibindəki kofein eyni zamanda sinir sisteminə xəbərdarlıq edir, zehni aydınladır, içəndən sonrakı iki saat ərzində insanın diqqətini cəmləşdirməyə yardımçı olur. Bundan başqa, kofe insanı canlı edir, çəki verməsini sürətləndirir.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB