Bunu bilirdiniz?: Göbələklərdə xərçəng əleyhinə xüsusi maddələr var

Bunu bilirdiniz?: Göbələklərdə xərçəng əleyhinə xüsusi maddələr var

Qida dəyərinə görə göbələklər ətdən, meyvə və tərəvəzlərdən geri qalmırlar. Lakin göbələkdə yağlar az olduğu üçün onlar az koloritli qida sayılır və arıqlamaq məqsədilə pəhriz saxlayanlar göbələkdən istifadə edə bilərlər. Göbələyin tərkibində olan lesitin orqanizmdə xolesterinin yığılmasına mane olur. Bu səbəbdən göbələklər ürək-damar xəstəlikləri və müxtəlif maddələr mübadiləsi pozğunluqları zamanı çox xeyirlidir. Ateroskleroz, piylənmə, diabet, hipertoniya və s. xəstəliklərinin profilaktikası üçün göbələklərdən istifadə edilməsi yaxşı effekt verir. ABŞ-nın Milli Xərçəng Mərkəzinin alimləri sübut ediblər ki, göbələklərdə xərçəng əleyhinə olan xüsusi maddələr var. Misal üçün, alimlərin fikrinə görə, şampinyonlardan istifadə olunması qadınları süd vəzisi xərçəngindən qoruyur. Göbələklərin rasiona daxil olması immunitetin yaxşılaşmasına, orqanizmin möhkəmlənməsinə köməklik edir.

Bütün xəbərlər Facebook səhifəmizdə