Jasmin Percival adlı gənc qadın uşaqlıqdan bəri televizora baxanda saçlarını barmaqlarına dolayıb, onu əmib. Mirror.co.uk internet saytında yayımlanan xəbərə görə, 14 yaşına çatanda onda fasiləsiz qarın ağrıları başlayıb. Həkimlər ona bağırsaq iltihabı diaqnozu qoysa da, onun ağrıları heç cür keçmək bilməyib. Ağrıları o qədər şiddətli olub ki, gecələr bağıraraq oyanırmış. Jasmin 2 ildən artıq davam edən sancıları haqda belə danışıb: "Yemək yemək istəyirdim, amma nə yesəm, mədəmə enib, geri gəlirdi. Mədəm düyünlənirdi. Getdikcə zəifləyirdim, skelet kimi görünməyə başlamışdım. Həkimlər çoxlu dərman verdi, amma heç biri işə yaramadı. Təkrarən həkimə gedib aparata düşəndən sonra isə məlum oldu ki, mədəmdə 1 kilo 360 qram ağırlığında topa saç var".
Qızın qarnındakı saç yığını qeysəriyyə əməliyyatı ilə götürülüb. Bu pis vərdişini isə əməliyyatdan sonra atıb. Artıq o, saçını yemir. Hətta bunu etməmək üçün saçını bərk-bərk yığır.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB