Düzgün qidalanma insana qoca yaşda da gənc qalmağa kömək edər. İnsan yaşlandıqda, sağlamlığını qorumaq üçün az qida qəbul etməli, lakin qəbul etdiyi qidada çoxlu qidalı maddələr olmalıdır. Sağlamlığı qorumaq üçün düzgün qidalanmaya əməl etmək lazımdır. Düzgün qidalanmaq istəyənlər üçün The Daily Mirror qəzeti 10 ən faydalı ərzağın siyahısını dərc edib:
- Qəhvəyi düyü - çoxları karbohidratları az yeməyə çalışırlar, çünki ümumi fikrə görə insan onlardan kökəlir. Lakin onlar ümumi energetik səviyyəni saxlamaq üçün çox vacibdirlər.
- Toyuq yumurtası - onun haqqında çox vaxt pis fikir söyləyirlər, lakin onlar gözləri kataraktadan qoruyan zülal lüteinin mənbəyidir. Tədqiqatlar güman etməyə əsas verir ki, yumurta tromb əmələ gəlməsinin qarşısını almaqla infarkt və insult riskini azaldır.
- Süd - yaşlaşdıqca kalsiuma tələbatımız artır, ona görə də gündəlik rasionumuza kalsiumla zəngin ərzaqların daxil edilməsi vacibdir. Yağsız inək südü sağlamlıq üçün çox faydalıdır. O, osteoparozun (kövrək sümüklər – red.) profilaktikası üçün lazım olan kalsiumla zəngindir.
- İspanaq - bu ərzaqda qidalı maddələr istənilən digər ərzaqlara nisbətən çoxdur. İspanaq düz bağırsağın xərçəngindən, osteoparozdan və artritdən müdafiə edir. Yumurtadakı kimi o, gözlər üçün faydalı olan lüteinlə zəngindir. Səhər yeməyində ispanaqla yumurta yeyin.
- Banan - təkcə bir ədəd sarı meyvənin tərkibində 467 mq kalium var ki, bu da əzələlərin (xüsusilə də ürək əzələsinin) güclü və sağlam qalması üçün lazımdır. O həmçinin, arterial təzyiqin aşağı düşməsinə kömək edir.
- Toyuq əti - xərçəngin qarşısını alan selenin, habelə enerjini yüksəldən, beyinin işini gücləndirən B vitaminlərinin qaynağıdır.
- Qızıl balıq əti - xolesterinin səviyyəsini aşağı salan, xərçəngin bir neçə növündən qoruyan və tromb əmələ gəlməsinin qarşısını alan omega-3 yağlar qrupu ilə zəngindir. Tədqiqatlar göstərir ki, qızıl balıq əti depressiv halı yüngülləşdirir və yaddaşın itməsini önləyir.
- Qaragilə - bu kiçik möcüzəli meyvədə kaıori azdır, lakin qidalı maddələr çoxdur. Qaragilədə antioksidantlar var ki, kataraktın, qlaukomanın, xərçəngin qarşısını almağa kömək edir.
- Otlar - yaşlaşdıqca bizim dad bilməmiz kütləşir və yeməyi dada gətirmək üçün ən asan yol ona duz əlavə etməkdir. Lakin duz arterial təzyiqi artırır. Ən yaxşısı yeməyə otların və ədviyyatın əlavə edilməsidir. Təzə otların dadı daha güclüdür, lakin rahatlıq üçün mətbəxdə quru ot assortimentinin olması əlverişlidir.
- Sarımsaq - kiçik bir baş sarımsağın çox böyük üstünlükləri var. Sarımsaq xərçəngin və ürək-damar xəstəliklərinin qarşısını almağa kömək edir, insult riskini azaldır. O həmçinin iltihab əleyhinə təsirə malikdir.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB