İnsanın ruhdan düşməməsi, daim yaxşı əhval-ruhiyyədə olması üçün müntəzəm şəkildə çiyələk yeməsi məsləhətdir. Gündə 150 qram bu giləmeyvədən yeyən şəxs asanlıqla stressdən qurtula bilər. Tərkibindəki 50-dən çox ətirli və xeyirli maddələr sayəsində çiyələk insanın mənfi emosiyalarını azaldır, ruh yüksəkliyini artırır. Qanı təmizləyir, immuniteti artırır, maddələr mübadiləsini tənzimləyir, ürək-damar sisteminə faydalıdır, qaraciyər və böyrək xəstəlikləri üçün xeyirlidir, bədxassəli şişlərin yaranmasının qarşısını alır, diş və baş ağrılarına kömək edir, burun-udlaq iltihabı riskini azaldır.
Bazarlarda hər zaman qarşımıza çıxan sulu alçaların dadı qədər sağlığımıza yararları da önəmlidir. Daxilində B vitamini olan alça ürək, böyrək və qaraciyər xəstəliklərinə qarşı qoruyucudur. Qan azlığını aradan qaldırır, iştahanı açır və ehtiva etdiyi liflər sayəsində həzmi asanlaşdırır. Ancaq alçanı çox yedikdə ishal kimi problemlər ortaya çıxır. Alça həmçinin qızdırmanı aşağı salma xüsusiyyətinə malikdir. Nəzdində çoxlu miqdarda su saxlayan alça, reql tənzimləyici və sidik sökücüdür. Duzsuz rejim edən və revmatizm rahatsızlığı olanlara xeyri var. Ayrıca alça, kalium və maqnezium mineralları ilə zəngin meyvədir.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB