Qadınlarla bağlı indiyədək bir çox araşdırmalar aparılıb. Bunların bəziləri qadınların xarakterini, bəziləri isə fiziki xüsusiyyətlərini araşdırmaq üçün edilib. Ortaya çıxan faktların bəziləri bunlardır:
1. Qadınların orta ömür həddi adətən kişilərin orta ömür həddindən çoxdur.
2. Uşaq dünyaya gətirmə yaşında olan qadınlarda insult və infarkt riski başqalarına nisbətən daha azdır.
3. Qadınlar orta hesabla ildə 30-64 dəfə ağlayırlar. Halbuki kişilər ildə cəmi 6-17 dəfə ağlayırlar.
4. Kişilərə nisbətən qadınların ürəyi daha sürətlə döyünür.
5. Qadınlarda ümumilikdə menstruasiya dövrü onların ömrünün təxminən 4 ilinə bərabərdir.
6. Dünyada hər 90 saniyədə bir hamilə və ya uşaq dünyaya gətirən qadın ölür.
7. Dünyada ən çoxuşaqlı qadının 69 övladı olub.
8. Qadınlarda kişilərə nisbətən daha çox dad reseptoru var.
9. Qadınların eşitmə qabiliyyəti kişilərə nisbətən daha yaxşıdır.
11. Qadınlarda nəfəs alma zamanı qarın əzələləri, kişilərdə isə döş qəfəsi əzələləri daha aktivdir.
12. Arxadan çağırılan zaman qadınlar adətən başlarını çevirirlər, kişilər isə bütün bədənlərini.
13. Qadınlar gözlərini kişilərdən iki dəfə çox qırpırlar.
14. Dünyada təxminən 20 milyon qadının sinəsi "süni"dir.
15. Qadınlarla kişilərin sayı arasında tarazlıq yaratmaq üçün dünyada təxminən 100 milyon qadın çatışmır.
Bütün xəbərlər Facebook səhifəmizdə