Alimlərin yeni tədqiqatı göstərdi ki, epilepsiyadan əziyyət çəkən kişi və qadınlar başqaları ilə müqayisədə daha çox intihar edirlər. Bu məlumatı Kolumbiya Səhiyyə Universitetinin laboratoriya müşahidələrinin təşəbbüskarları verib. Bundan başqa, təcrübədə epilepsiya xəstəliyinə nəzarət və onun profilaktikası mərkəzinin əməkdaşları fəal iştirak ediblər. "Healthvesti.com" saytı xəbər verir ki, tədqiqata 10 yaşından 70 yaşınadək respondentlər cəlb olunub. Elmi işçilərin sözlərinə görə, hər il epilepsiya xəstəliyi olan insanlar arasında intiharlar adi oğlan və qızlar arasındakı oxşar halları 22 dəfə üstələyir.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB