Diqqət: Aspirinin mütəmadi qəbulu insanı kor edə bilər

Avstraliya alimləri aspirin preparatının insan orqanizminə təsirini araşdırıblar. Mütəxəssislər tədqiqatlar üçün mütəmadi aspirin qəbul edən bir neçə min nəfərdən məlumat toplayıblar.

Nauka.com saytı xəbər verir ki, alimlər preparatın müntəzəm qəbulunun insanın tam korluğuna gətirib çıxardığını aşkarlayıblar. Mütəxəssislər müəyyən ediblər ki, uzun müddət ərzində müntəzəm olaraq aspirin qəbul edən insanda makulodistrofiyanın yaranma ehtimalı artır. Bu xəstəlik zamanı hər iki gözün torlu qişası zədələnir. Bu isə öz növbəsində görmənin itirilməsi ilə nəticələnir.

Tədqiqatlarda 15 il ərzində müxtəlif adamlar iştirak ediblər. Eksperiment iştirakçıları iki qrupa bölünüb. Birinci qrupun nümayəndələri həkimlərin təyin etdiyi qədər, yəni həftədə bir dəfə aspirin qəbul ediblər. İkinci qrup isə daha çox preparat qəbul edib. Mütəxəssislər 15 il ərzində dörd dəfə onların görmə qabiliyyətini yoxlayıblar. İkinci qrupun nümayəndələrinin on faizində makulodistrofiya yaranıb. Ona görə də mütəxəssislər aspirinin qəbulu zamanı ehtiyatlı olmağı məsləhət görürlər.

Bütün xəbərlər Facebook səhifəmizdə