Autizm xəstələri sağlam insanlardan orta hesabla 18 il az yaşayır

Autizm xəstələri sağlam insanlardan orta hesabla 18 il az yaşayır

İsveç tədqiqatçılarının hesablamalarına görə, autizm xəstələri sağlam insanlardan orta hesabla 18 il az yaşayır. "UPI.com" saytı xəbər verir ki, autizm xəstəsi olan böyüklər arasında ölümün əsas səbəbi intihardır. İkinci səbəb epilepsiyadır. Autistlərin 20-40 faizi bu xəstəlikdən əziyyət çəkir.

Mütəxəssislər autistik spektr pozuntusu (ASP) olan 27 122 adam və 2 672 185 sağlam könüllüyə dair məlumatları təhlil ediblər. ASP olan insanlarda vaxtsız ölüm təhlükəsi 2,56 dəfə çox olub.

Autizmi olmayanlar orta hesabla 70 yaşında, ASP olan və əqli cəhətdən geri qalmayanlar təxminən 53 yaşında vəfat ediblər. ASP və əqli cəhətdən geri qalan könüllülər isə təxminən 39 yaşında ölüblər. Sonuncular adi insanlardan 9 dəfə çox özünəqəsd ediblər.

Alimlər onu da müəyyən ediblər ki, ASP olan könüllülərin 70 faizində depressiya və ya narahatlıq kimi psixi problem olub. Xəstələrin 40 faizi isə iki və daha artıq psixi xəstəlikdən əziyyət çəkib.

Bütün xəbərlər Facebook səhifəmizdə