Tərkibində probiotiklər olan yoqurtları müntəzəm yemək depressiyanın inkişaf riskini azaldır, ümumi emosional fonu yaxşılaşdırır. Leyden Universitetinin (Hollandiya) mütəxəssisləri 40 nəfərin iştirak etdiyi tədqiqatın nəticələrinə əsasən bu qənaətə gəliblər. Alimlər tədqiqatın sonunda müəyyən ediblər ki, 4 həftə probiotikli preparatlar qəbul edənlər özlərini daha yaxşı hiss ediblər: onlar xoşagəlməz fikirlərdən uzaq olublar, yuxudan asanlıqla oyanıblar. Balığın qadınlarda depressiya riskini yüzdə 25 azalda biləcəyi təyin olunub. Avstraliyadakı Tazmanya Menzies Araşdırma İnstitutundan elm adamlarının araşdırması həftədə ən az iki dəfə balıq yeməyin qadınları depressiyadan qoruya biləcəyini göstərib. 26-36 yaşındakı 1400-dən çox qadın və kişinin qatıldığı, 5 il davam edən araşdırma balığın tərkibindəki elementlərin beynin düzgün fəaliyyət göstərməsini təmin edə bildiyini isbatlayıb. Araşdırmanın nəticələri "American Journal of Epidemiology" jurnalında dərc olunub.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB