Müasir dünyada qadınları daha çox makiyajın əsiri olmaqda ittiham edirlər. Bəzən gecə və gündüz makiyajlarının sərhədləri qarışdırılır, qadınlar gözəl olmaq adına özlərini rəzil edirlər. Amma tarix göstərir ki, dünya boyu ilk dəfə makiyajın edilməsi kişilərin adı ilə bağlıdır. Aparılan tədqiqatlar göstərir ki, bəzi qədim xalqların kişiləri makiyaj ediblər. Məsələn, bəzi Afrika ölkələrində kişilər də kosmetik vasitələrlə üzlərini boyayaraq düşməndən qorunmaq, üzünü gizlətmək məqsədilə istifadə edirlər. Eyni zamanda, bir çox dini ayinlərlə əlaqədar olaraq üzü boyamaq Afrika tayfaları arasında geniş yayılıb. Onlar düşməni qorxutmaq məqsədilə bədənlərinin bəzi hissələrini və üzlərini müxtəlif rənglərə boyayırdılar. Mayalılar və hindular qırmızı boyadan istifadə edirdilər. Qədim Şərqdə isə makiyajdan kimisə qorxutmaq üçün yox, daha gözəl görünmək üçün istifadə edirdilər.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB