Cavan vaxtı sutkada 6-7 saat yat, ölmək riskini minumuma endir!

Yuxu barədə xeyli maraqlı informasiyalar var. Məsələn, insan yuxuda ikən faktiki iflic vəziyyətdə olur. Vaxtilə siqaret çəkmiş, sonradan tərgitmiş şəxslər daha parlaq və real yuxular görürlər. Bütün insanlar yuxu görür, amma bəziləri heç zaman bunu xatırlamır. Bəzi insanlar yuxunu ağ-qara rəngdə görürlər.

İnsan gördüyü yuxunun 90%-ni unudur. Hətta kor insanlar da yuxu görür. İnsan xoruldayan zaman yuxu görmür. Körpələr 3 yasınadək özlərini yuxuda görmürlər. 3-8 yas arasında olanlar böyük insanların bütün ömrü boyu gördüyündən daha qorxulu yuxular görürlər. Sutkada 6-7 saat yatan insanlarda cavan yaşlarında ölmək riski 8 saat yuxulayanlarla müqayisədə daha azdır. Orta hesabla insan ömrünün 6 ildən bir qədər artığını yuxuda keçirir. Yaş artdıqca onun yuxuda keçirdiyi vaxt da çoxalır. "Ginnesin rekordlar kitabı"na düşən ən uzun yuxu 18 gün 21 saat 40 dəqiqə olub. İnsan bəzən gözüacıq halda bir neçə dəqiqə yuxulayır və özü bunu hiss etmir. Yeni körpəsi dünyaya gəlmiş valideynlər ilk bir ildə təxminən 400-750 saat yuxu itirirlər.

Bütün xəbərlər Facebook səhifəmizdə