Qadınlar vaz keçə bilmədikləri bəzi kişilər var. Amerikalı psixoloqlar onların bir neçə tipə bölündüyünü üzə çıxarıb. Bunlardan birincisi "pis uşaq" adlanır. Bu kateqoriyaya aid olan kişilərin nə edəcəyi təxmin edilə bilməz, qərarsız, heç bir şeyə dəyər verməz, amma qadınlar ona heyrandır. Nə vaxt iki kişi arasında qalsalar, daim pis uşağı seçərlər. Dayanıla bilməz cazibəsi və şeytan tüküylə pis uşaq qadınların ən çox bəyəndiyi kişilərin zirvəsindədir. İdmançı, üsyankar, atletik, amma eyni zamanda da disiplinli, qüsursuz bir vücud. İdmanla məşğul olan kişilər qadınların xoşlandığı kişi tiplərinin başında gəlir.
Musiqiçi Bir konsertə getdiyiniz zaman səhnədə gördüyü adamla birlikdə olmağı kim istəməz ki?
Əcnəbi kişi Fərqli və olduqca maraqlı, dəyişik vərdişləri və dəyişik bir ənənəsi olan xarici ölkələrdən bir adam, xüsusən də, ölkə kənarına çıxmamış qadınlar üçün çox çəkicidir.
Sənətkar Hər qadının ağlayacaq bir çiyinə ehtiyacı vardır və anlayışlı bir sənətkar bu kişilərin başında gəlir. Belə bir kişiyə kim yox deyə bilər?
Cərrah Hər hansı bir şeyi bir cərrahdan daha çəkici görəcək, demək, olar ki, az qadın vardır. Bunun səbəbi cərrahların aldıqları çətin təhsili həyatı daha yaxşı etmək üçün istifadə edilməlidir. Qadınlar yaraşıqlı bir cərrahda həm zəkanı, həm gözəlliyi bir arada tapa bilərlər.
Aşbaz kişi Yemək bişirə bilmək bacarığının qadınlar üzərində inkar edilməz bir təsiri vardır. Mətbəxtdə nə etdiyini bilən bir kişi bir qadına asanca təsir göstərə bilər.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB