Maraqlı iddia: Qadınlar kişilərdən çox yatır

Maraqlı iddia: Qadınlar kişilərdən çox yatır

Aparılan araşdırmalar göstərib ki, daha çox əqli çalışma səbəbindən qadınlara kişilərdən daha çox yatmaq lazım olur. Lenta.ru saytı xəbər verir ki, belə bir nəticəyə Amerikanın Dyuka Universitetinin alimləri gəliblər. "Orta hesabla qadınların kişilərdən təqribən 20 dəqiqədən 90 dəqiqəyə qədər daha çox yuxuya ehtiyacı olur" deyə, Amerikanın yuxu sahəsi üzrə tanınmış professoru Maykl Breus bildirib. Araşdırmaçılar müəyyən ediblər ki, qadınlar gün ərzində kişilərə nisbətən daha çox əqli tapşırıqlar etməli olduqlarına görə daha çox yatmağa ehtiyacları olur.

Bütün xəbərlər Facebook səhifəmizdə