İndi az qala hər qadının mütləq istifadə etdiyi bir kosmetika məhsulu olan dodaq boyasının zərərləri aparılan testlər nəticəsində ortaya çıxmışdır. Dünyanın tanınmış markaları üzərində aparılmış təcrübələrə əsasən, dodaq boyasının içində müxtəlif kimyəvi maddələr aşkar edilib. Bu barədə Kanadada nəşr edilmiş hesabatda məlumat verilir.
Dodaq boyasının zərərlərinin səbəbi kimi kimyəvi arsenik, qurğuşun, nikel kimi maddələrin olduğu ortaya çıxıb. Sağlamlığımızı əhəmiyyətli ölçüdə təhdid edən bu kosmetika məhsullarını hər nə qədər istifadə etməməyə çalışsaq da, ondan istifadə ediləcək. Buna görə də heç olmasa bildiyimiz, inandığımız markaların orijinal məhsullarını almağa səy göstərək. Dodaq boyasındakı zərərli maddələrin insan sağlamlığına vurduğu bəzi ziyanlar bunlardır:
1. Saçların tökülməsi
2. Baş ağrısı, baş gicəllənməsi
3. Böyrək ilə əlaqədar problemlər
4. Beyin ilə əlaqədar problemlər
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB