Diqqət: Şirniyyata aludə olanlar aqressiv olurlar

Diqqət: Şirniyyata aludə olanlar aqressiv olurlar

Yeni bir araşdırma ilə məlum olub ki, hər gün böyüklər kimi çoxlu şokolad və konfet yeyən uşaqlar gələcəkdə daha zorakı və aqressiv olur. Bununla bağlı araşdırma Britaniyada 17 min 500 nəfərin statistikasına əsasında aparılıb.

Alimlər qərara gəlib ki, 1970-ci ildə 10 yaşı olarkən hər gün şirniyyat mağazasından hər gün nə isə alıb yeyən uşaqların 34 yaşına çatanda zorakılıqda ittiham edilmə ehtimalı yüksəkdir. Tədqiqat Britaniya Psixiatriya Jurnalında dərc edilib. Bu gələcəkdəki zorakılıq halını araşdırmaq baxımından uşaq pəhrizinin uzun müddətli effektlərini ortaya çıxaran ilk tədqiqatdır.

Kardif Universitetinin alimləri 34 yaşında olan 17 min 500 adamın düz 69 faizində aressivlik aşkarlayıb ki, onların da hamısı uşaq yaşlarında hər gün çoxlu şokolad və konfet yediklərini etiraf ediblər. Bu nəticə qənnadi istehsalı ilə zorakılığın idarə edilməsindəki əlaqəni ortaya çıxarıb. Tədqiqatın rəhbəri doktor Saymın Mur bunu belə izah edir ki, uşaqlara hər istəyəndə şokolad ya da konfet vermək onları istənilən şeyi əldə etmək üçün necə gözləmək lazım gəldiyini öyrənməkdən uzaqlaşdırır. Mükafatlandırmanı təxirə sala bilməmək onları daha inadla düşüncəsiz hərəkət etməyə sövq edə bilir. Alimin fikrincə, zorakılıq baxımından qənnadı istehlakına diqqət yetirilməlidir. Uşaq pəhrizi onların sağlamlığını yaxşılaşdıra və zorakılığa meyillərini azalda bilər.

Bütün xəbərlər Facebook səhifəmizdə