Dedi-qodu etmədiklərini və bundan xoşlanmadıqlarını söyləsələr də əslində kişilər də dedi-qodu edərlər. Onlar söylədiklərimiz və romantik davranışlarımız haqda ümumiyyətlə, çox vaxt diqqətcildirlər. Ancaq bunu hər vaxt göstərməzlər. Kişilər danışan bir qadının ilk 10 dəqiqəsini yaxşıca dinləyərlər. Bu müddətdən sonra dinləyirmiş kimi özlərini apararlar. Onlara görə əhəmiyyətli olan onsuz da ilk 10 dəqiqədə deyiləndir. Özlərinə güvənərlər, ancaq bəzən də güvənə bilməzlər. Xoşlandıqları adama açılmaqda çətinlik çəkə bilərlər. Kişilər bəzən etdiklərini sevgililərinə və ya yoldaşlarına detallı izah etməkdən xoşlanarlar. Kişilər də ağlayar və romantik anlar yaşayarlar. Yalnız insanların qarşısında ağlamaqdan xoşlanmazlar. Zaman onlardan ötrü çox əhəmiyyətlidir. Görüş yerində uzun müddət gözləməyi xoşlamazlar. Kişilər də qadınlar kimi bəzən naz edər, hətta qorxarlar. Ancaq bu duyğunu çox ört-basdır edərlər. Qadınlar qədər kişilər də yaşlanmaqdan qorxur və estetik əməliyyatlara baş vururlar...
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB